Alba Messinin gələcək planından danışdı

07.02.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“İnter Mayami”də dörd keçmiş “Barselona” ulduzu – Lionel Messi, Serxio Buskets, Luis Suares və Jordi Alba çıxış edir.

Futbolpress.az xəbər verir ki, Messinin müqaviləsi 2025-ci ilin sonuna qədər olduğu üçün mətbuatda arabir onun gələcəyi ilə bağlı sual qaldırılır. Eyni zamanda “İnter Mayami” gələn il yeni stadiona keçə bilər və Alba bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bütün keçmiş kataloniyalılar gələn mövsüm də klubda qala bilərlər:

“Yeni stadionda oynamaq istərdim. Bu, hamımıza aiddir – Leo, Buskets və Luis. Bu heyrətamiz olardı. Amma indi mən fiziki və ruhi vəziyyətimi qiymətləndirərək mövsümdən mövsümə daha da yaxşılaşıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью