Alban Udi Dini İcması Xudavəng Monastırında

29.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksini ziyarət ediblər.

Ziyarət zamanı icmanın üzvləri kompleksə daxil olan kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.

Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari jurnalistlərə müsahibəsində bildirib ki, icma üzvləri 2020-ci ildən sonra hər il Xudavəng Monastır Kompleksini ziyarət edirlər. Onlar azad edilmiş ərazilərdə yerləşən digər monastır və kilsələrdə, həmçinin Ağdam rayonundakı Cümə məscidində də olublar.

Rafik Danakari Alban-Udi Dini İcmasının üzvlərinin qədim Qafqaz Alban dininin varisi olan Udi dilində dini ayinləri yerinə yetirməsinin əhəmiyyətini vurğulayıb.

“Bu kilsələr Azərbaycan xalqına aiddir, Azərbaycan xalqının irsidir, mədəniyyətidir. Azərbaycandakı bütün dini obyektlərin, dini ocaqların öz sahibi var, o da Azərbaycan xalqıdır”, - deyə icma sədrinin müavini diqqətə çatdırıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью