Alban Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edirlər

18.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Xocavənd, 18 noyabr, AZƏRTAC

Qafqaz Albaniyasının qədim dini irsinin mühüm nümunələrindən olan Amaras monastırı Alban-Udi xristian dini icmasının nümayəndələri tərəfindən ziyarət edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırının tarixi IV əsrə gedib çıxır. Amaras Qafqaz Albaniyasının mühüm dini və yepiskopluq mərkəzlərindən biridir.

Qeyd edək ki, Alban-Udi xristian dini icmasının nümayəndələri işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurdakı digər qədim Alban məbədlərini, o cümlədən Laçındakı Ağoğlan və Kəlbəcərdəki Xudavəng monastırlarını da ziyarət ediblər. Amaras monastırına isə bu, icmanın ilk səfəridir.

Müxbir - Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью