Icma.az bildirir, Axar.az portalına istinadən.
“Biz ermənilər bilmirik ki, əsl dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər”. Bunu “Erməni–Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan deyib.
Sizlərə bir faktı təqdim edirəm. Sovet dövründə Göygöl rayonunda tapılan Alban xaç işarəsinin üzərində işləyən arxeoloqlar müəyyən ediblər ki, bu abidə bir dəfə yerindən çıxarılıb, üzərinə dəmirlə erməni xaçı çəkməyə cəhd edilib. Lakin alınmadığı üçün bu formaya salıb yenidən basıdırılıb.
Axar.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev özünün Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, bunun digər sübutu Kəlbəcər işğaldan azad ediləndən sonra saxta xaçlar düzəldən sexin aşkar edilməsidir:
“Bu fakt və bunun kimi yüzlərlə əlimizdə olan sənədlər təsdiq edir ki, istər Qərbi Azərbaycan, istərsə də digər torpaqlarımızda olan xrisitan tariximizin ermənilərə heç bir aidiyyəti yoxdur.
Azərbaycan coğrafiyasında xristianlığın qəbulundan sonra tikilən kilsələrdə qurulan Alban xaç daşları bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölünür: Xaçın, Artsak, Cuğa və Yenivəng.
Alban xaç daşlarının obrazları bir çox əsr ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçdaşlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlərin xristianlıqdan əvvəlki türk stellalar olduğu sübut edilmişdir.
Ermənilərdə xaç şaquli ox üzrə uzun, asimmetrik formadadır. Aşağı qolu digər üç qolundan xeyli uzun olur. Alban xaçlarının çoxu bərabərtərəfli xaçlar fəlsəfəsinə yaxındır. Bu bərabərtərəflilik birbaşa qədim türk dünyasındakı dörd cəhət (şimal, cənub, şərq, qərb) və tanrıçılıq (Tenqri) dinindəki kainatın dörd ünsürünün harmoniyasını simvolizə edir.
Alban xaçları üç yarpaqlıdır və “gül-yarpaq” xaçlar növünə aid edilirlər. Bunlara müəyyən ədəbiyyatda “liliyaflüor” xaçı da deyirlər və bu xaçların qol-qanadlarındakı “üçlük” albanların qədim inanclarını (Günəş, Ay və Od) təsbit edir. Alban xaçlarının mərkəzində və ya aşağı hissəsində çox vaxt böyük bir rozetka (Günəş simvolu) yer alır. Bu, xristianlıqdakı çarmıxa çəkilmə ideyasından daha çox, kainatın mərkəzini, işığı və "Həyat Ağacı" konsepsiyasını simvolizə edir.
Mütəxəssislər bilir ki, erməni xaçı hündürlüyü eninə nisbətən 1.30-1.40 olur. Alban xaçları isə yerdən 1.70-1.75 metr hündürlükdə qurulurdu. Bu ölçü təxminən insan boyu səviyyəsindədir. Ayin zamanı keşiş və icma üzvləri xaçla və altarla birbaşa üz-üzə, göz-gözə dayanaraq ibadət edirdilər.
Erməni xaçdaşları Alban xaç daşlarından fərqli olaraq, əksər hallarda yumşaq və ovulması rahat olan tuf daşından, alban xaç daşları isə ənənəvi yerli bərk qaya daşlarından hazırlanırdı. Alban xaç daşları çox vaxt yalnız qəbir daşı deyil, həm də müqəddəs məkanların sərhədlərini göstərən xatirə stellaları rolunu oynayırdı. Onların ucaldıldığı bünövrələr və daşın ümumi forması erməni “xaçkar”larından fərqli olaraq, daha çox qədim tayfaların dikili daş ənənəsini davam etdirir.
Erməni və digər Avropa xaçları donmuş, statik memarlıq elementləridir. Alban xaç daşları isə metamorfoza uğrayan xaçlardır. Daşa diqqətlə baxdıqda xaçın qollarının sadəcə xətlərdən ibarət olmadığı, onların budaqlara, üzüm salxımlarına, nar dənələrinə və lotus çiçəklərinə çevrildiyi görünür. Sanki daşın içindən canlı bir bitki cücərib çıxır. Bu, dünyada xristian simvolu ilə təbiət pərəstişini bu dərəcədə vahid formaya salan yeganə sənətdir.
Alban sənətkarları daş üzərində elə bir unikal "şəbəkə" texnikası tətbiq edirdilər ki, günün müxtəlif saatlarında daşın üzərinə düşən günəş şüaları tamamilə fərqli təsvirlər yaradır. Səhər tezdən baxanda yalnız mərkəzi xaç görünürdüsə, günorta çağı kölgələr dərinləşdikdə xaçın arxasındakı gizli həndəsi naxışlar, medalyonlar və sirlər üzə çıxırdı.
Erməni xaçdaşları isə əksərən ikiölçülü relyefə malik olduğu üçün belə bir dinamik optik effekt vermir.
Qafqaz Albaniyasının xaç daşları isə sadəcə dini ritual predmeti deyildi. Onlar həm də dövlətçilik və mülkiyyət hüququnu rəsmiləşdirən daş üzərindəki hüquqi aktlar rolunu oynayırdı. Çünki bu yazılar torpaqların əzəli sahiblərinin kimliyini hüquqi cəhətdən təsdiq edirdi. Ermənilər bu daşları mənimsəmək üçün mülkiyyət aktı xarakteri daşıyan orijinal alban epiqrafikasını tamamilə yonub silməyə cəhd ediblər.
Bu bir daha təsdiq edir ki, Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda, Zaqatala, Qax və digər ərazilərdə olan kilsələr və xaçların bu qaraçı tayfasına aidi yoxdur.
“Erməni milli kimlik psixologiyası və xəstəliyi”, Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik. (İngilis və Azərbaycan dillərində)”, “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitablarımda geniş mənbələrlə bu barədə yazmışam”, - tarixçi qeyd edib.