Albaniya 2025 ci ildə ziyarət ediləcək sakit ölkələrdən biridir

07.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 fevral, AZƏRTAC

Albaniya 2025-ci ildə ziyarət ediləcək sakit Aralıq dənizi ölkələrindən biridir.

AZƏRTAC Albaniyanın ATA agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerikanın "Travel off" səyahət jurnalında məqalə dərc olunub. Bildirilib ki, bu ölkə İtaliya, Xorvatiya, Yunanıstan, Monteneqro yaxınlığında yerləşir və kurort məkanlarında biri olan Himara Albaniyadadır.

Himarada qayaların zirvələrində salınmış tarixi yaşayış məntəqələri və qalalar yerləşir. Bölgənin ən heyrətamiz məkanlarında biri də ağ evlər və “Thanas” kilsəsi olan Dermiy kəndidir.

Alban Rivierası Avropanın ən ucuz istiqamətləri sırasındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью