Albaniya Artemis Sazişlərinə qoşulur

21.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Albaniya ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən Artemis proqramı çərçivəsində hazırlanmış Artemis Sazişlərinə qoşulan 73-cü ölkə olacaq.

Sazişin imzalanması ilə bağlı mərasim sentyabrın 21-də Vaşinqtonda, NASA-nın baş qərargahında keçiriləcək. Bununla Albaniya Ayın və daha sonra Marsın dinc məqsədlərlə tədqiqi, kosmosda əməkdaşlıq və gələcək kosmik fəaliyyətlər üzrə beynəlxalq prinsiplərə qoşulmuş olacaq.

Artemis Sazişləri kosmosun, o cümlədən Ay səthinin və digər səma cisimlərinin dinc məqsədlərlə araşdırılması, elmi məlumatların paylaşılması və kosmik fəaliyyətlərin təhlükəsiz və məsuliyyətli şəkildə həyata keçirilməsi üçün ümumi prinsiplər müəyyən edir.

Albaniyanın qoşulması ilə sazişi imzalayan ölkələrin sayı 73-ə yüksələcək.

Hazırladı:
Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью