Albaniya klubu “Qarabağ”ın forvardını transfer edəcək? klub rəsmisi açıqladı

02.01.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Qarabağ”ın hücumçusu Redon Cicanın Albaniyanın “Eqnatiya” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bunu Albaniya mətbuatı iddia edib. "Eqnatiya”nın Cicanı qışda transfer edib-etməyəcəyini dəqiqləşdirmək üçün klubun idman direktoru Sportal.az saytına açıqlama verib.

Albaniya çempionunun rəsmisi Cica məsələsi haqda qısa və konkret danışıb. Kleydi Zenelay “Qarabağ”ın hücumçusunu transfer etmək haqda düşünmədiklərini deyib:

"Cicanı təbii ki, yaxşı tanıyırıq. Onun “Qarabağ”da çox oynamadığından da xəbərdarıq. Amma “Eqnatiya” ona maraq göstərmir. Bu mənada Cica haqda nəsə deməyim doğru olmaz".

Qeyd edək ki, Redon Cica 2023-cü il yanvarın 24-də “Tirana”dan “Qarabağ”a keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью