Albaniya parlamentinin spikeri ölkəmizə gəldi

15.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Albaniya Respublikası parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью