Albaniya səfəri öncəsi son sınaq

24.09.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Kəpəz” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoldaşlıq görüşündə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma hər biri 40 dəqiqədən ibarət iki hissədə təşkil olunub.

Görüş “Kəpəz” U-14 kollektivinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. İkinci hissədə isə Həsən Həsənli və Əziz Quliyev fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdiriblər.

Bu sınaq oyunu U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində baş tutub. Gəncədəki təlim-məşq toplanışını başa vuran yığma komandamız Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Albaniyaya səfər edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью