Albaniya və İtaliya Onkologiya İnstitutu yaradacaq

05.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 fevral, AZƏRTAC

Albaniyanın səhiyyə naziri Evis Sala Milanda İtaliyanın Milli Xərçəng İnstitutunun rəhbərliyi ilə görüşüb. O, Albaniyada Onkologiya İnstitutunun yaradılması üzrə əməkdaşlığı müzakirə edib.

AZƏRTAC Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, tərəflər institutun Avropa standartlarına uyğun fəaliyyət göstərməsi, onkoloji müalicə, elmi-tədqiqat və kadr potensialının gücləndirilməsi məsələləri üzrə razılığa gəliblər.

Albaniya və İtaliya onkoloji xidmətlərin müasirləşdirilməsi və yüksək ixtisaslaşmış tibbi yardım sahəsində əməkdaşlığı genişləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью