Albaniyada 127 gündür, etirazlar davam edir

05.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Albaniya hökumətinə qarşı etirazlar 127-ci gününə çatıb.

Aksiya paytaxt Tirananın Zvarneç ərazisində planlaşdırılan investisiya layihəsinə qarşı etiraz xarakteri daşıyır.

Etirazçılar əvvəlcə Skanderbeq meydanında toplaşıb, daha sonra "Deshmoret e Kombit" bulvarı ilə yürüş edərək Baş nazirlik ofisinin qarşısına gəliblər.

Nümayiş iştirakçıları Albaniyanın Baş naziri Edi Ramanın istefasını tələb edən şüarlar səsləndirib, ölkənin mövcud siyasi sistemində dəyişikliklərin aparılmasını istəyiblər.

Baş nazirlik ofisinin qarşısında çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri Zvarneç ərazisində planlaşdırılan turizm investisiyasına qarşı olduqlarını bildiriblər. Onlar həmçinin hökumətin qorunan ərazilər və strateji investisiyalarla bağlı siyasətini tənqid ediblər.

Etirazçılar parlament iclasları zamanı da nümayişlərin keçirilməsinə çağırış ediblər.

Qeyd edək ki, Zvarneçdə planlaşdırılan layihə Adriatik sahilində böyük turizm kompleksinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində hotellərin və yüzlərlə villanın inşası planlaşdırılır. İnvestisiyaya qarşı çıxanlar layihənin qorunan əraziyə və ekosistemə mümkün təsirindən, həmçinin torpaq mülkiyyəti və layihənin şəffaflığı ilə bağlı məsələlərdən narahatdırlar. Bu səbəblə mayın 31-də başlayan aksiyalar sonrakı həftələrdə siyasi və institusional tələbləri də əhatə edən genişmiqyaslı hərəkata çevrilib.

///report///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью