Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Albaniyanın paytaxtı Tiranada baş nazir Edi Ramanın əleyhdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar ardıcıl yeddinci gündür ki, davam edir.
Axar.az xəbər verir ki, bu barədə ATA xəbər agentliyinin məlumatında deyilir.
Bildirilib ki, etirazçılar polisə “Molotov kokteyli” atır və zibil qabları barrikadalarını yandırırlar. Polis su şırnaqlarından, göz yaşartıcı qazdan və rezin güllələrdən istifadə edir.
Qeyd edək ki, Tiranadakı iğtişaşlar 13 oktyabrda Albaniya Təhsil Nazirliyinin qarşısında tələbələrin etiraz aksiyası ilə başlayıb. Nümayişçilər E.Ramanın istefasını tələb edirlər. Aparıcı müxalifət “Albaniya Demokrat Partiyası”nın sədri Sali Berişa etirazlara dəstəyini ifadə edib.