Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi Albaniyanın Durres limanında azərbaycanlı dənizçi faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, Biləsuvar sakini olan dənizçi 25 yaşlı Əvəz Yafərovu elektrik cərəyanı vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cəsədi yaxın günlərdə Azərbaycana gətiriləcək və doğulduğu Biləsuvar rayonunda dəfn olunacaq.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью