Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Albaniyanın paytaxtı Tiranada kütləvi etirazlar iyun ayının əvvəlindən bəri davam edir. Aksiyalar polislə toqquşmalara çevrilib.
Azpost.info bilririr ki, etiraz ABŞ prezidentinin böyük qızı İvanka Trampın əri Cared Kuşnerin iştirakı ilə Albaniya sahillərindəki bir adada və ölkənin cənubundakı qorunan təbii ərazinin yaxınlığındakı bir ərazidə aparılan inkişaf layihəsindən qaynaqlanır.
Ekoloqlar xəbərdarlıq edirlər ki, tikinti flaminqoların, suitilərin və dəniz tısbağalarının yaşadığı unikal yaşayış yerlərinə zərər verə bilər. Nümayişlər tikinti avadanlıqları gələcək kurortun ərazisinə gəldikdən sonra başlayıb.
Etirazçılar həmçinin layihəni dəstəkləyən Albaniya Baş naziri Edi Ramanı istefa verməyə çağırdılar.
“Biz təbiətə bu müdaxiləni etiraz edirik. Maşınlar dayandırılmalıdır. Təbiəti rahat buraxsınlar. On-on beş il ərzində 10.000 otel otağı tikmək, təbiətin ortasında tamamilə yeni bir şəhər yaratmaq istəyirlər.”- yerli ətraf mühit fəallarından biri bildirib.
Paylaş