Albaniyanın 3 klubu Qarabağ ın forvardına elçi düşüb

07.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica  öz ölkəsinin mətbuatına açıqlamasında qış "transfer pəncərəsi" zamanı ölkəsinə qayıtmağa yaxın olduğunu bildirib. Sport24.az xəbər verir ki, "Panorama"ya danışan forvard Ağdam klubunda qalmasına da aydınlıq gətirib:

"Albaniyanın üç klubunun məni istəməsi ilə bağlı yayılan xəbərlər doğrudur. Bunu təkzib edə bilmərəm. Qışda bir neçə komanda məni icarəyə götürmək istəyirdi. Lakin uzun müzakirələrdən sonra "Qarabağ"da qalmaq qərarına gəldim".

Qeyd edək ki, Redon 2023-cü ilin yanvar ayında "Tirana"dan "Qarabağ"a keçmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью