Albaniyanın Aİ yə üzvlüyü məsələsi müzakirə edildi

24.04.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqına (Aİ) üzvlük prosesi nə fasilə tanıyır, nə də istirahəti qəbul edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha Yunanıstanda keçirilən Delfi İqtisadi Forumu çərçivəsində Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla görüşünə dair "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, nəticəviliyin təmin olunması həm Albaniyadan, həm də avropalı tərəfdaşlardan fasiləsiz iş və davamlı enerji tələb edir.

"Müzakirə, paylaşım və koordinasiya üçün çoxlu məsələlər var – hamısı böyük prosesimizin davamlı şəkildə irəliləməsinə xidmət edir", - XİN rəhbəri bildirib./Report


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью