Albaniyanın daha bir klubu Redon Cicanı transfer etməyə hazırlaşır

26.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Albaniyanın "Eqnatiya" klubu "Qarabağ"ın futbolçusu Redon Cicanı transfer etmək istəyir.

Oxu.Az "Kuq e Zi" nəşrinə istinadən xəbər verir ki, qış fasiləsinə 4-cü pillədə yollanan kollektiv heyətini yeni oyunçularla gücləndirmək niyyətindədir.

İddiaya görə, həmin futbolçulardan biri də məhz "Qarabağ"ın forvardıdır.

Daha əvvəl Albaniyanın digər təmsilçisi "Partizani"nin də təcrübəli futbolçu ilə maraqlandığı bildirilib.

Qeyd edək ki, Redon Cica "Qarabağ"a 2023-cü ilin yanvar ayında Albaniyanın "Tirana" klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью