Albaniyanın iki klubu azərbaycanlı futbolçunu transfer etmək istəyir İdmanXəbər

07.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Türkiyə I Liqa klubu “Boluspor”da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu ölkənin iki klubu oyunçuya maraq göstərir. Bunlar “Partizani” və “Tirana” komandalarıdı. Onlar qış transfer dönəmində İsgəndərlini heyətlərinə cəlb etmək niyyətindədi.

Artıq tərəflər arasında ilikin danışıqlar baş tutub. Hələlik yekun razılıq əldə olunmasa da, Vüsalın Albaniyaya yollanmaq ehtimalı böyükdür. 

Xatırladaq ki, millimizin sabiq üzvü Albaniyanın “Eqnatiya” klubundan “Boluspor”a transfer olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью