Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Albaniyanın 2026-cı il üçün müdafiə büdcəsi Ümumi Daxili Məhsul səviyyəsinin iki faizini ötərək NATO-nun üzv ölkələr üçün müəyyən etdiyi standart həddi keçib.
AZƏRTAC Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama açıqlama verib. Onun sözlərinə görə, bu göstərici yalnız rəqəm deyil, ölkənin beynəlxalq öhdəliklərinə və yeni müdafiə sənayesinin qurulmasına yönəlmiş strateji yanaşmanı əks etdirir.
Rama qeyd edib ki, 2026-cı il büdcəsi Albaniya tarixində müdafiə sahəsinə ən ciddi investisiya olmaqla yanaşı, uzunmüddətli strateji dönüşün başlanğıcıdır.