Albares: NATO nun Yaxın Şərqdə rolu yoxdur

10.04.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-nun baş katibi Mark Ruttenin Hörmüz boğazının yenidən açılması üçün NATO-nun mümkün roluna işarə etməsindən sonra İspaniyadan etiraz gəlib.

"Cebheinfo.az" xəbər verir ki, NATO üzvü İspaniyanın xarici işlər naziri Jose Manuel Albares NATO-nun sözügedən münaqişədə heç bir rolunun olmadığını vurğulayıb.

Albares jurnalistlərə açıqlamasında deyib: 

“NATO-nun bu müharibədə heç bir iştirakı yoxdur. Yaxın Şərq NATO-nun fəaliyyət sahəsinə daxil deyil”.

Albaresin bu açıqlaması NATO-nun baş katibi Ruttenin Avropa hökumətlərini Hörmüz boğazının açılmasına töhfə verməyə razı salmağa çalışdığı barədə xəbərlərdən sonra gəlib. 

Qərb mediasına danışan mənbələr bildiriblər ki, Rutte Avropa hökumətlərinə ABŞ Prezidentinin Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına dəstək vermələri üçün bir neçə gün ərzində konkret öhdəliklər istədiyini çatdırıb.

Donald Tramp ötən həftə 32 üzvlü transatlantik ittifaqdan çıxma ehtimalını nəzərdən keçirdiyini bildirib. ABŞ Prezidenti Avropa müttəfiqlərinin ABŞ-nin təhlükəsizlik zəmanətlərinə güvəndiyini, lakin İranla bağlı ABŞ-İsrail hücumlarına kifayət qədər dəstək vermədiyini iddia edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью