Albeneze Trampın Sülh Şurasında iştirak etmək istəyir

19.01.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstraliyanın Baş naziri Entoni Albaneze ABŞ Prezidenti Donald Trampın Fələstin Qəzza Zolağını idarə etmək üçün Sülh Şurasında iştirak təklifini qəbul etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, Baş nazir bunu Sidney radiosunda açıqlayıb. Trampın Sülh Şurasında iştiraka dair dəvəti ilə bağlı suala cavab olaraq Albanese "bütün variantları nəzərdən keçirəcəyini" bildirib. O, həmçinin qeyd edib ki, "Prezident Trampla kifayət qədər yaxşı münasibətlərə" baxmayaraq, Kanberra və Vaşinqton arasında da fikir ayrılıqları var: "Təhlükəsizlik məsələləri, vacib mineral ehtiyatları ilə bağlı ABŞ ilə ortaq maraqlarımız var... amma açıq-aydın ki, bəzi fikir ayrılıqları da var. Bəzən sadəcə fikir ayrılıqlarını kənara qoyub ortaq maraqlara diqqət yetirmək lazımdır".

Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Sülh Şurasında iştirak təklifini qəbul etdiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью