Albert Riera: Ən güclü komanda bizik

10.07.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sabah" evdə "Selye"yə məğlub olub - 2:3.

Apaspor.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Albert Riera jurnalistlərin suallarını cavablayıb: 

- İlk hissədə "Çelye" adaptasiya problemi yaşadı. Fasilədən sonra isə daha üstün tərəf oldunuz. Razısız? 
- Düşünürəm ki, bu cütün ilk oyunu olaraq, ən güclü komanda bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi.

- "Sabah"ın hər iki qolu fərdi səhvlərə görə baş verdi... 
- Ola bilər ki, hansısa futbolçu fərdi səhvə yola verə bilər. Ulduz futbolçular da bunu edir. Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı ideolaji oyunudur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq.

- İlk oyundan sonra cütün taleyini həll edilmiş hesab etmək olar?
- Əlbəttə ki, yox. Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq.

“Sumqayıt”dan mövsümdə ilk transfer - RƏSMİ "Mingəçevir"in yeni baş məqşçisi: "Məqsəd "Mingəçevir"i çempion etməkdir" "Neftçi"də yeni müqavilə "Karvan" qolkiperi ilə müqavilə yeniləyib Sabiq "Sumqayıt"lı Azərbaycana qayıda bilər - "İmişli" onu istəyir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью