Albert Riera: Sabah klubuna hörmət edirik

09.07.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 iyul, AZƏRTAC

“Sabah” klubuna hörmət edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Sloveniyanın "Selye" klubunun baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Azərbaycan təmsilçisi barədə kifayət qədər məlumata sahib olduğunu bildirib.

“Meydana qələbə üçün çıxacağıq. Dəyişiklər var. İnanıram ki, Azərbaycandakı oyunumuz müsbət nəticə ilə yekunlaşacaq”, - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab qarşılaşması iyulun 17-də Sloveniyada təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью