Alberto Akvilani Sassuolo nun baş məşqçisi təyin edilib

12.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İtaliya millisinin, "Roma" və "Fiorentina" klublarının sabiq yarımmüdafiəçisi Alberto Akvilani "Sassuolo"nun baş məşqçisi təyin edilib.

"Cebheinfo.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu vəzifədə daha əvvəl çalışmış Fabio Qrossonu əvəzləyib.

"Sassuolo" 2025/2026 mövsümündə İtaliya A Seriyasında 11-ci yeri tutub.

Qeyd edək ki, A.Akvilani daha əvvəl İtaliyada "Fiorentina", "Piza" və "Katandzaro" klublarını da çalışdırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью