Alça ağacından yıxılaraq öldü

12.05.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

News24.az xəbər verir ki, Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən yıxılıb.

O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью