Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Banklarda kredit satışı ilə bağlı müxtəlif kampaniyalar keçirilir.
Ola bilsin ki, bir çox hallarda göstərilən faiz həqiqəti əks etdirmir. Amma bir çox hallarda vətəndaş reklam olunan banklara inanır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, vətəndaşlar reklam vasitəsi ilə gördükləri banklara yaxınlaşır və orada qiymətləndirmə aparıldıqdan sonra, başqa faizlər ortaya çıxır.
"Bunun isə bir neçə səbəbi var. Bəzi banklarda baxırıq ki, müəyyən reklam həmləsi kimi göstərilən faiz dərəcələri göstərilir.
Amma bəzi köklü banklarda isə bunun obyektiv səbəbləri olur ki, vətəndaşa reklam olunan faiz əmsalı başqadır, amma bankın özündə olan faiz əmsalı isə tam başqadır.
Lakin banklarda vətəndaşlar müraciət etdikdə, banklar həmin şəxslərin götürmək istədikləri məbləğin ödəmə qabiliyyətini nəzərə alaraq onların araşdırılmasını həyata keçirir.
Hətta qanunvericilikdə olan yeni dəyişikliklər də oldu. Bildiyiniz kimi soisal şəbəkələrdə kredit götürülməsi mövcuddur.