Aldadılan qadın ərini və məşuqəsini DÖYDÜ

05.02.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Novosibirsk şəhərində əri tərəfindən aldadılan qadın küçənin ortasında ərini və məşuqəsini döyüb.

News24.az xəbər verir ki, ərinin “işgüzar səfər” yalanı ilə məşuqəsinin evinə getdiyini öyrənən qadın cütlüyü yaxalayaraq küçənin ortasında döyüb. 

Belə ki, şaxtalı soyuqda bayırda gözləyən qəzəbli arvad qəfildən ərinə hücum edib. Kişi qarlı küçədə başlayan davada özünü qorumaqdan başqa heç nə edə bilməyib.

Məşuqə isə sevgilisinin döyülməsini görüb şoka düşüb. Lakin qəzəbli arvad tez ona da hücum edib. Qadın məşuqənin üzünə yumruqla vurub və saçından sürüyüb. 

Hadisə ilə bağlı polisə müraciət edilib-edilmədiyi hələlik məlum deyil.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью