Aldatmayan təkcə Mark Zuckerberg qaldı

17.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Meta" şirkətinin qurucusu Mark Zuckerberg bu dəfə biznes uğurları ilə deyil, şəxsi həyatı ilə bağlı yayılan müzakirələrlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə onu dünyanın ən varlı şəxsləri arasında həyat yoldaşına sadiq qaldığı deyilən nadir milyarderlərdən biri kimi təqdim ediblər. Paylaşımlarda Zuckerberg digər tanınmış milyarderlərlə müqayisə olunaraq fərqləndirilib.

Qeyd edək ki, Mark Zuckerberg 2012-ci ildə Priscilla Chan ilə ailə qurub. Cütlük 13 ildən artıqdır evlidir və üç övlad böyüdür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью