Aldığı qarpızlar xarab çıxdı, satıcını döydü Şabranda ŞOK OLAY

16.09.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Şabranda bazarda dava olub.

Lent.az-ın xəbərinə görə, hadisə Ağalıq kəndində yerləşən bazarda baş verib.

58 yaşlı Bayram İsmayılov (şərti adla) bazara gələrək, satıcılardan birini döyüb və nəticədə zərərçəkənə fiziki ağrı yetirib. Zərərçəkənin şikayəti əsasında Bayram saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Bayram İsmayılov ifadəsində bildirib ki, hadisəyə səbəb aldığı qarpızların xarab çıxması olub. O da xarab qarpızlara görə, bazara qayıdaraq, satıcı ilə mübahisə edib. Nəticədə məlum hadisə olub. Lakin Bayram satıcını vurduğunu boynuna almayıb. Əksinə özünün xarab qarpızlara görə ziyana düşdüyünü deyib. Sonda o, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə 300 manat məbləğində inzibati qaydada cərimələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью