Alek Bolduin Nyu Yorkda qardaşı ilə birlikdə avtomobil qəzasına düşüb

14.10.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur Hollivud aktyoru Alek Bolduin qardaşı Stivenlə birlikdə Nyu-Yorkda avtomobil qəzasına düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ portalı yazıb.

Bildirilir ki, hadisə İst-Hemptonda baş verib. İçərisində Bolduinlərin olduğu "Range Rover" markalı yolsuzluq avtomobili ağaca çarpılıb. Hadisə yerindən çəkilmiş fotolarda aktyorun dağılmış avtomobilin yanında danışdığı görünür.

Hadisənin səbəbi və avtomobilin kim tərəfindən idarə olunduğu barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью