Alek Bolduin qəzaya düşdü

14.10.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Аktyor qardaşlar Alek və Stiven Bolduinlər Hemptonda keçirilən kino festivalında avtomobillə ağaca çırpılıblar.

Axşam.az xəbər verir ki, bu barədə Alek sosial şəbəkədə məlumat yayıb. Sənətçi bildirib ki, insident zamanı böyük tullantı avtomobilinə dəyməmək üçün qəfil yolundan çıxıb.

Bolduin hadisə zamanə həyat yoldaşı Hilarianın ağ "Range Rover" avtomobilini idarə edirmiş. Qəza nəticəsində maşına böyük zərər dəysə də, o və qardaşı xəsarət almayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью