Alek Honnold dünyanı ekrana kilidlədi VİDEO

25.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Amerikalı skalolaz Alek Honnold Taypeydə yerləşən 500 metr hündürlüyündəki “Taipei 101” göydələninə heç bir sığorta olmadan qalxıb.

İdman.Biz xəbər verir ki, Honnold bu inanılmaz dırmanışı cəmi bir saat yarıma tamamlayıb. Onun təhlükəli və riskli yürüşü “Netflix” platforması vasitəsilə canlı yayımlanıb və bütün dünya bu tarixi anları real vaxtda izləyib.

Qeyd edək ki, Alek Honnold əvvəl də bir sıra tarixi sığortasız dırmanışları ilə tanınıb. O, 2017-ci ildə ABŞ-ın Yosemit Milli Parkında yerləşən 914 metrlik “El Capitan” qayasını heç bir təhlükəsizlik vasitəsi olmadan fəth edərək idman tarixinə düşüb. Bundan başqa, Honnold “Half Dome” və “Moonlight Buttress” kimi texniki baxımdan son dərəcə çətin marşrutları da sığortasız qalxan nadir idmançılardandır.

“Taipei 101” isə həm hündürlüyü, həm də texniki mürəkkəbliyi baxımından onun karyerasındakı ən çətin çağırışlardan biri hesab olunur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью