Alek Skott üçün Mançester klubları arasında transfer yarışı

15.01.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Bornmut"un gənc istedadı Alek Skott Premyer Liqa nəhənglərinin əsas hədəfinə çevrilib.

Fanat.Az xəbər verir ki, həm "Mançester Yunayted", həm də "Mançester Siti" 22 yaşlı yarımmüdafiəçinin oyununu yaxından izləyir.

"Team Talk" nəşrinin məlumatına görə, müqaviləsinin başa çatmasına iki ildən bir az çox vaxt qalan futbolçunun bu yay münasib qiymətə transfer edilə biləcəyi gözlənilir. "Aston Villa" və "Tottenhem" də oyunçu ilə maraqlananlar sırasındadır.

"Bornmut" isə ulduzunu itirməmək üçün ona maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Aleksin transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью