Aleks de Souza Superliqa klubu ilə yollarını ayırıb

13.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə təmsilçisi "Antalyaspor" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqanın XIX turunda "Trabzonspor"a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb.

Qeyd edək ki, Aleks de Souza "Antalyaspor"la ötən ilin may ayında 2 illik müqavilə imzalamışdı.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью