Aleks getdi: “Antalyaspor” yeni baş məşqçi axtarır

14.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Aleks De Souza ilə yollarını ayırıb.

“Cebheinfo.az” xəbər verir ki, Antalya təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

İlk namizədlər isə Bülent Uygun və Emre Belözoğludur. Hər iki mütəxəssislə danışıqlar aparılır. Yaxın günlərdə baş məşqçi məsələsi ilə bağlı yekun qərarın verilməsi gözlənilir.

Qeyd edək ki, Aleks “Antalyaspor” ilə 21 matçda çıxıb. O, sözügedən matçlarda 9 qələbə, 3 bərabərlik və 9 məğlubiyyət alıb.

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью