Aleks məşqçilik karyerasını bitirdi yeni işi

21.03.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Braziliyalı mütəxəssis Aleks de Souza məşqçilik karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, o, bundan sonra futbol direktoru olaraq fəaliyyət göstərəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Son olaraq Türkiyədə “Antalyaspor”a rəhbərlik edən Aleksin növbəti ünvanı “Koritiba” olacaq. O, burda futbol direktoru vəzifəsini icra edəcək.

Aleks futbolçu kimi İtaliyada “Parma”, Türkiyədə “Fənərbağça”, ölkəsində “Kruzeyro”, “Koritiba”, “Palmeyras” kimi komandalarda forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью