Aleks Pereyra Ağ Evdə keçirilməsi planlaşdırılan turnirindən imtina edib

16.12.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UFC-nin yarımağır çəki dərəcəsində (93 kq-a qədər) hazırkı çempionu olan braziliyalı Aleks Pereyra Ağ Evdə keçirilməsi planlaşdırılan turnirində döyüşməyəcək.

İdman.Biz xəbər verir ki, o, bununla bağlı müvafiq paylaşımı “X” səhifəsində paylaşım edib.

“Görünür, Ağ Ev variant deyil!” - deyə braziliyalı döyüşçü paylaşımında yazıb və postu təşkilatın rəhbəri Dana Uaytla çəkilmiş fotosunu yerləşdirib.

Xatırladaq ki, Aleks Pereyranın 38 yaşı var. “Poatan” ləqəbli döyüşçünün hesabında 13 qələbə var, onlardan 11-i vaxtından əvvəl qazanılıb, həmçinin üç məğlubiyyət qeydə alınıb. Onu da qeyd edək ki, UFC-nin Ağ Evdə keçirilməsi nəzərdə tutulan turniri 14 iyun 2026-cı il tarixinə planlaşdırılıb.

Daha əvvəl A. Pereyra bu tədbirdə Con Consla döyüşmək istədiyini bildirmişdi.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью