Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İspaniya millisinin futbolçusu Aleks Qrimaldo səhhətində yaranan problemə görə yığmanın düşərgəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçinin hərarəti yüksəldiyi üçün o, Millətlər Liqasında İngiltərə ilə keçiriləcək qarşılaşmadan əvvəlki son məşqdə iştirak etməyib. Baş məşqçi Luis de la Fuente futbolçunun gecə özünü pis hiss etdiyini və hazırlıq prosesinə qoşula bilməyəcəyini bildirib.
Qeyd edək ki, beş oyunda 15 xal toplayan İspaniya millisi Millətlər Liqasının A Liqasının III qrupunda liderdir. İngiltərə ilə qarşılaşma noyabrın 15-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.