Aleksandar Vuçiç: Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır AZƏRTAC

04.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belqrad, 4 yanvar, AZƏRTAC

Azərbaycan təbii qaz təchizatında Serbiya üçün etibarlı tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında deyib.

Prezident hazırda ölkədə qaz istehlakının gündəlik 13,5-14,5 milyon kubmetr civarında olduğunu bildirib. Bu günə həm Serbiyadakı, həm də Macarıstandakı yeraltı anbarlarda təxminən 430 milyon kubmetr qaz ehtiyatı var.

Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təchiz edilən sayca 8-ci ölkə olub. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью