Aleksandar Vuçiç istefa tarixini AÇIQLADI

11.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-də və ya 26-da istefaya gedəcəyini bildirib.
Bizim.Media Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə A.Vuçiç jurnalistlərə açıqlamasında deyib.
 

"Mən Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefaya gedəcəyəm. Bu, sentyabrın 25-i və ya 26-sı olacaq", - o bildirib.


A.Vuçiç seçkiqabağı kampaniyada sıravi vətəndaş kimi iştirak etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 9-da Aleksandar Vuçiç parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью