Aleksandar Vuçiç: Serbiya Aİ nin genişlənmə səylərə sadiqdir

06.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belqrad, 6 oktyabr, AZƏRTAC

Serbiya Avropa İttifaqının (Aİ) genişlənməsinin prioritetlərdən biri olaraq qalmasını təmin etmək üçün səylərə sadiqdir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. O, Aİ-nin genişlənməsinin Qərbi Balkan ölkələrinin gündəliyinə açıq şəkildə daxil edilməsinin vacibliyini bildirib.

“Bizi çoxsaylı çağırışlar gözləsə də, Serbiya Aİ-nin genişlənməsini ikinci dərəcəli mövzu deyil, prioritet olaraq saxlamaq səylərinə sadiq qalır. Aİ üzvlüyünün açıq perspektivləri islahatların, yeni investisiyaların gəlməsinin və iqtisadi artımın güclü təkanını təmsil edir. Bu yolda Serbiya həmişə Aİ-nin etibarlı və məsuliyyətli tərəfdaşı olacaq”, - deyə Aleksandar Vuçiç vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью