Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiyada hakim Serb Tərəqqi Partiyasının (STP) rəhbərliyi ölkənin hazırkı Prezidenti Aleksandar Vuçiçi qarşıdakı parlament seçkisində baş nazir vəzifəsinə namizəd seçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
"Bu gün sizdən aldığım bu etimad mənim üçün böyük şərəfdir. Görək xalq nə deyəcək", - Aleksandar Vuçiç səsvermədən sonra bildirib.
Partiyanın toplantısı sentyabrın 5-də Serbiyanın cənubundakı Niş şəhərində keçirilib. Toplantıda STP lideri Miloş Vuçeviç, Serbiya parlamentinin spikeri Ana Brnabiç və Vuçiçin özü iştirak edib.
Serbiyada parlamentə seçkisinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır. Yaxın vaxtlarda parlament buraxılacaq və bundan sonra səsvermənin rəsmi tarixi təyin ediləcək.
Prezidentlik müddəti 2027-ci ildə başa çatacaq Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib.