Aleksandar Vuçiç Şimal axınının işə düşəcəyi vaxtı açıqladı

27.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şimal axını" qaz kəməri bir ildən sonra işə düşə bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç Almaniyanın "Handelsblatt" nəşrinə müsahibəsində bildirib.

O, qazın Rusiyadan Avropaya nəql ediləcəyini vurğulayıb.

"Proqnoz verməyə cəsarət edirəm: ən geci bir ildən sonra "Şimal axını" amerikalı investora məxsus olacaq və qaz kəməri vasitəsilə Rusiyadan Avropaya nəql ediləcək. Sözlərimi yadda saxlayın. "Şimal axını"nın işə düşməsinə bir il qalıb", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью