Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib

25.10.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Serbiyada keçirilən növbədənkənar parlament seçkiləri çərçivəsində Aleksandar Vuçiç səsvermə hüququndan istifadə edib.

"Report"un Balkan bürosu xəbər verir ki, "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" seçki siyahısına rəhbərlik edən Aleksandar Vuçiç bu gün səhər saatlarında Yeni Belqraddakı seçki məntəqəsinə gəlib.

Məntəqəyə xanımı Tamara Vuçiç ilə birlikdə gələn A. Vuçiç səsvermə prosesində digər vətəndaşlarla bərabər növbəyə duraraq öz seçimini edib.

Qeyd edək ki, müşahidəçilər və media nümayəndələri ölkə üzrə seçki prosesinin gedişatını yaxından izləyir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью