Aleksander Arnoldun yeni klubu rəsmiləşdi

16.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Real” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Liverpul”dan ayrılan Trent Aleksander-Arnoldu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müqavilə 2031-ci ilin yayına kimi nəzərdə tutulub.

Arnold “Real”a azad agent kimi keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью