Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən, Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti"ndə (China Visitors Summit) "i2i" şirkətinin icraçı direktoru Aleksander Glos dilə gətirib. O vurğulayıb ki, Çinin turizm bazarı dünyada əhəmiyyətli yerə malikdir. Eyni zamanda, bu ölkədən digər ölkələrə hər il 2 milyard turist səfərə yollanır. Sammitdə Çin və Tayvandan 50-dən çox tur operatorları iştirak edir.
"Bu sammit 2008-ci ildən bəri müxtəlif ölkələrdə keçirilir. Sammitin bu gün Azərbaycanda keçirilməsinə görə xoşbəxtik. Azərbaycanda yerli turizm təşkilatları, o cümlədən Dövlət Turizm Agentliyi ilə "networking" layihələrini qiymətləndiririk. Ümidvarıq ki, bu layihələr uğurla həyata keçiriləcək", – direktor söyləyib.
O vurğulayıb ki, layihələrin məqsədi Azərbaycanı dünyada əsas turizm istiqamətlərindən birinə çevirməkdir.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Bu sammit 2008-ci ildən bəri müxtəlif ölkələrdə keçirilir. Sammitin bu gün Azərbaycanda keçirilməsinə görə xoşbəxtik. Azərbaycanda yerli turizm təşkilatları, o cümlədən Dövlət Turizm Agentliyi ilə "networking" layihələrini qiymətləndiririk. Ümidvarıq ki, bu layihələr uğurla həyata keçiriləcək", – direktor söyləyib.
O vurğulayıb ki, layihələrin məqsədi Azərbaycanı dünyada əsas turizm istiqamətlərindən birinə çevirməkdir.
AzVision.az