Aleksandr Kalyaninovun cənazəsi Bakıya nə vaxt gətiriləcək? Anasından AÇIQLAMA

28.12.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun cənazəsi bu gün axşam və ya sabah səhər Bakıya gətiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə mərhumun anası Yelena Kalyaninova məlumat verib.

Vida mərasimi saat 10:00-dan 12:00-dək Bakı hava limanında baş tutacaq.

Mərhum pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью