Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, o, bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Dövlət başçısı NATO qüvvələrinin birbaşa münaqişəyə qoşulmasını da mümkün ssenarilərdən biri kimi göstərib.
“Bu, kəskin münaqişədir. Sabah vəziyyət köklü şəkildə dəyişə bilər”, - Belarus lideri bildirib.
A.Lukaşenko NATO-nun Ukrayna müharibəsinə indiki kimi muzdlu döyüşçülər vasitəsilə deyil, birbaşa qüvvələri ilə müdaxilə edə biləcəyini istisna etməyib.
“İndiki kimi muzdlularla yox. Orada çoxlu muzdlu var. Bu, mümkün eskalasiyadır. Müharibədə hər şey mümkündür. Sabah vəziyyətin bu günkü kimi qalacağını düşünmək qətiyyən olmaz. Sabah hər şey dəyişə bilər. Bu, mənim təhlilimdir və təkcə mənim fikrim deyil. Mütəxəssislər də buna əmindirlər. Buna görə də razılığa indidən gəlmək lazımdır”, - Belarus Prezidenti vurğulayıb.
Mürtəza