Aleksandr Lukaşenkodan qalmaqallı açıqlama

07.10.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Ölkə.Az” xəbər verir ki, A.Lukaşenko Belarusda silahlı təxribata hazırlaşan onlarla silahlı saxlanıldığını bildirib. Onun sözlərinə görə, silahlı qruplar düşərgələrdə təlim keçir.

“Belarusda xeyli sayda silahlı qruplar var. Onlar təlim keçir və təxribat tərətmək üçün vacib məqamlar gözləyirlər. Silahlıların çoxu Bobruyska rayonundadır”, -deyə Aleksandr Lukaşenko bildirib.

Belarus prezidenti əlavə olaraq qeyd edib ki, terrorçulara dəstəyi Avropa ölkələri verir. A.Lukaşenko əsas Fransanı terrorçulara yardım etməkdə günahlandırıb. Onun sözlərinə görə, Avropadan gələn silahlı dəstələr Belarus da daxil olmaqla, qonşu ölkələrdə yerləşdiriliblər:

“Silahlıların məskunlaşdığı digər düşərgələr Ukraynadadır. Silahlılara pul Polşa və Litvadan gəlib. Avropada yaşayan bir belarus qadın bizim səfirliyə müraciət edərək, ölkəmizdə terror hazırlandığını bildirib”.

Ziya Səccad
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью