Aleksandr Mostovoy: “Bu, mütləq baş verəcək, lakin yaxın gələcəkdə olmayacaq

30.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Rusiya və SSRİ yığmasının sabiq futbolçusu Aleksandr Mostovoy Rusiya millisinin beynəlxalq turnirlərə potensial qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı özünəməxsus teleqram kanalında fikirlərini bölüşüb:

"Mən də yayılan xəbərləri oxumuşam. Amma ortada heç bir konkretlik yoxdur. Şəxsən mən komandalarımızın tezliklə Avropa futboluna qayıdacağına inanmıram. Bu, mütləq baş verəcək, lakin yaxın gələcəkdə olmayacaq".

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya millisi və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью